YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər böyük ruh yüksəkliyi ilə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımovanın Kürdəmir rayonunun Topalhəsənli, Şahsevən və Qaraqocalı kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov deputatlığa namizəd Yadigar Kazımova haqqında seçicilərə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi Zəfərlər və uğurlar qazanıb. Qeyd edilib ki, xalqımız parlament seçkilərində bizə Zəfər sevincini yaşadan, üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə və digər rayonlarda ucaldan, suverenliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək.

Çıxış edən deputatlığa namizəd Yadigar Kazımova vurğulayıb ki, 1 sentyabr seçkilərində Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi Yeni Azərbaycan Partiyasının namizədləridir.  O, çıxışında Prezident, Ali Baş Komandan İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən bəhs edib.

Görüşdə çıxış edən seçicilər Almaz Ağayeva, Baləmməd Usubov Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq seçkilərdə YAP-ı dəstəkləyəcəklərini bildiriblər.