Seçki-2024
Yeni-yeni zirvələrə…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yengibar Əliyevin Xətai rayonundakı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin akt zalında M.Rüstəmov, Lütfüzadə, Sarayevo və Neapol ünvanlarında yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov ölkəmizdəki demokratik seçki mühitindən, Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçki proseslərinə daim qələbə ruhu ilə qatılmasından bəhs edib. V.Hüseynov daha sonra deputatlığa namizəd haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Yengibar Əliyev bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın gələcəyə böyük inamla addımldığını diqqətə çatdırıb. O, seçiciləri fəal olmağa, dayanıqlı namizədə səs verməyə çağırıb.
Tədbirdə təşviqat qrupunun üzvləri Rafiq Nəcəfov, Həsən Ağayev, görüş iştirakçılarından Yetər Babaşova və Ayaz Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyindən, ölkəmizin davamlı inkişafına verdiyi töhfələrdən danışıblar. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.