Seçki-2024
Yeni dövrün yeni çağırışları
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Firəngiz Məmmədyarovanın YAP Göyçay rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.
Görüşü YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq deputatlığa namizəd Firəngiz Məmmədyarova haqqında seçicilərə məlumat verib. S.Şükürov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə yetişən gənclərin qəhrəmanlığı, mərdliyi sayəsində Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən geniş bəhs edilib.
Çıxış edən deputatlığa namizəd Firəngiz Məmmədyarova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə əldə etdiyi tarixi qələbələrdən bəhs edib.
Daha sonra çıxış edən təşviqat qrupunun üzvləri Z.Mirzəliyeva, N.Şirinov əminlik ifadə ediblər ki, keçiriləcək parlament seçkilərində gənclərimiz fəal iştirak edəcək və ən layiqli namizədə səs verəcəklər