YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflər, yeni zəfərlər...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun qadın seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb və seçiciləri fəal olmağa çağırıb.

Deputatlığa namizəd Hikmət Məmmədov YAP-ın seçki platforması barədə məlumat verib. Daha sonra o, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında danışıb, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyən Hikmət Məmmədov bildirib ki, qadınlar intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfələrini verir, ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər.

Çıxış edən görüş iştirakçıları parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə gedən YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. “Uğurlarımızın davamlı olması, yeni hədəflərə çatmaq, yeni zəfərlər əldə etmək üçün bir daha YAP-a etimad göstərəcəyik”, - deyə vurğulanıb.