YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəngilanlı gənclər YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Zəngilan rayonu üzrə ilk dəfə səs verən gənclər, o cümlədən idmançılarla görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə çıxış edərək müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Qeyd edib ki, hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, bütün bunlara görə, qarşıdan gələn seçkilərdə YAP-ın qələbə qazanacağı heç kimdə şübhə doğurmur.

Daha sonra deputatlığa namizəd İmamverdi İsmayılov çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib.  O, bildirib ki, respublikamızda gənclər siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib: “Bu kursun layiqli davamçısı kimi Prezident İlham Əliyevin gənc nəslin inkişafı naminə həyata keçirdiyi fəaliyyət bütövlükdə dövlət gənclər siyasətini yeni mərhəyə qaldırıb. Bu baxımdan gənc seçicilərin parlament seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərinə əminlik ifadə olunub”.

İmamverdi İsmayılov çıxışında gəncləri parlament seçkilərində fəal iştirak etməyə dəvət edib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Siyavuş Bayramov çıxış  edərək yeni dövrün yeni hədəflərinin reallaşması naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədi İmamverdi İsmayılova səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.