Seçki-2024
Xalq seçkilərdə YAP-ı dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənov Muğan və Uzuntəpə kəndlərində növbəti dəfə seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı vurğulayıb ki, cari ilin fevral ayında keçirilmiş prezident seçkisində xalqın mütləq əksəriyyəti YAP-ın Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirib. Qarşıdan gələn parlament seçkiləri də vətəndaşların uğurlu siyasətə etimadının növbəti nümunəsi olacaq.
Çıxış edən deputatlığa namizəd Malik Həsənov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, YAP-ın yarandığı vaxtdan bu günə qədər Azərbaycanın yüksəlişindəki rolundan bəhs edib. Deputatlığa namizəd qeyd edib ki, bundan sonra da YAP Ümummilli Lider Heydər Əliyev yolunun davamçısı olan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcək.
Malik Həsənov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin Muğan kənd sakinlərindən Yağub Mənsimov, Rasif Həsənov, Bəylər Mirzəxanov, Həmzəxan Məhərrəmov, Uzuntəpə kənd sakinlərindən Vaqif Bünyatov, Xanbala Məmmədov, Turabxan Mehdiyev, Vaqif Buludov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.