YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət göstərir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Namiq Məmmədovun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahədə mühüm uğurlar qazanıldığını bildirib. O qeyd edib ki, Azərbaycan gəncliyi ölkəmizi dünya miqyasında layiqincə təmsil etməklə yanaşı, 44 günlük Vətən müharibəsində yüksək vətənpərvərlik ruhu, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirərək qəhrəmanlıq dastanı yazıb.

Deputatlığa namizəd Namiq Məmmədov YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü – müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirilir: “Təqdirəlayiqdir ki, Azərbaycan gəncliyi hər zaman dövlət başçısının inam və etimadını doğruldub. Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi diqqət göstərir”.

Namiq Məmmədov gəncləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin şəhid Orxan Həmidovun anası Tamella Məmmədova çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Öz növbəsində çıxış edən gənc seçicilər də YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar. “

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Namiq Məmmədov şəhid mayor Elnur Quliyevin ailəsini ziyarət edib.