YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP-ı dəstəkləməklə parlaq gələcəyi seçmiş olacağıq”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə Quba rayonunda Qırmızı Qəsəbə seçiciləri ilə görüş keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək 1 sentyabr – növbədənkənar parlament seçkilərinin əhəmiyyəti haqqında danışıb: “Əminik ki, YAP-a böyük inam və etimad bəsləyən xalqımız bu dəfə də seçkilərdə fəal iştirak edərək qələbələr partiyasına öz dəstəyini göstərəcək”.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP-ın seçki platforması haqqında məlumat verib. O, partiyanın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib: “Ölkəmiz  gündən-günə daha da qüdrətlənir və xalqımızın rifahı daim yaxşılaşır. Bütün bunları şərtləndirən ən mühüm amil isə, təbii ki, xalq-iqtidar birliyidir. Bu birlik sarsılmazdır”.

Görüşdə seçki qərargahının  üzvləri İlham Qaraqurbanlı, Pisax İsakov və başqaları çıxış edərək “YAP-ı dəstəkləməklə parlaq gələcəyi seçmiş olacağıq”, - deyə vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd  Vətən müharibəsi şəhidləri Cəmil Xələfov, Aqil Məlikov və Aydəmir Hacıyevin ailələrini ziyarət edib.