YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Davamlı qələbələr naminə YAP-ın namizədlərinə səs verək!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Tərtər rayonunun Mamırlı və Hüseynli kəndlərində seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çoxsaylı qələbələrin əldə olunmasında ümumxalq partiyası olan YAP-ın böyük rola malik olduğunu bildirib. “Hazırda qarşımızda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır”, - deyən F. Şadlinskaya vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb: “Davamlı qələbələr naminə YAP-ın namizədlərinə səs verək!”.

Deputatlığa namizəd Xanlar Fətiyev YAP-ın seçki platforması barədə məlumat verib. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Görüşlərdə təşviqat qrupunun üzvləri Mehparə Qəribova, İsbət Hətəmova, Məhərrəm Şəfiyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər Oruc Qarayev, Kamil İsmayılov, Mahmud Mahmudov, İsmayıl Əliyev, Solmaz Həsənova, Sərxan Hüseynov və başqaları çıxış edərək YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Xanlar Fətiyev Tərtər rayonunun Poladlı kəndində şəhidlər Xaliq Abbasov və Elşən Abbasovun, Hüseynli kəndində isə şəhid Şahin Əmrahovun ailələrini ziyarət edib.