YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmiz üçün yeni perspektivlər yaranıb

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında, həmçinin rayonun Yeni Daşkənd və Şatırlı kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, Azərbaycanın qazandığı qələbələr yeni hədəflərin reallaşdırılmasının, gələcək uğurların başlanğıcıdır. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Fatma Yıldırım YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliklər və qələbələr partiyasıdır. Azərbaycanın tarixi Zəfərə imza atması, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, Böyük Qayıdış Proqramının uğurla icra edilməsi və digər mühüm amillər ölkəmiz üçün yeni perspektivlər yaradıb.

Görüşlərdə, həmçinin təbliğat qrupunun üzvləri - şəhid anaları İsbət Hətəmova, Xuraman Mirzəyeva çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza Zəfər sevinci yaşatmasından qürurla bəhs ediblər.

Çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.