YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəkililərin seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki Dövlət Dram Teatrında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan Daşqın Mikayılov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etibarını qazanan partiyadır.

Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik tarixində mühüm yerə, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişafı prosesində əhəmiyyətli rola malikdir. Bu gün Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını deyən V.İsgəndərov qeyd edib ki, milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri üzrə vəzifələrin tam yerinə yetirilməsi Azərbaycanın mümkün təhdidlərdən etibarlı müdafiəsini təmin edir.

O, seçiciləri Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Rafiq Səmədov, Rahim Həsənov, seçicilər Rəhimə Qasımova, Səidə Səmədova çıxış ediblər.  Natiqlər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.