YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dinamik inkişaf, nəhəng islahatlar

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin rayonun Mircəlal və Nəsimikənd kəndlərində Mircəlal, Soltanabad, Çolpı, Nabatkənd, Nəsimikənd və Sımada kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, siyasi sistemin gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin vacibliyindən danışıb. Bildirilib ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır. 

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli qeyd edib ki, növbədənkənar parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ikinci ən böyük mühüm hadisədir. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər ilk dəfə olaraq respublikamızın tam suveren ərazilərini əhatə edəcək. Namizəd, həmçinin ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və nəhəng islahatlardan danışıb. O, seçicilərin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəyinə əminliyini ifadə edib. 

Təşviqat qrupunun üzvləri Bəylər Əliyev, Nuhəli Kərimov, Lətif Şimşəkov və digərləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıblar.