Seçki-2024
“Uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə görüşləri keçirilib.
Görüşlər zamanı YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev seçkilərin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm uğurlar qazandırdığını və qarşıda önəmli hədəflərin dayandığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Aydın Mirzəzadə YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, əldə edilmiş bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır: “Xalqımız əmindir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərinə çatacaq, yeni zirvələr fəth edəcək”.
A.Mirzəzadə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Seçicilər isə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.