YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycan gəncliyinin seçimi Yeni Azərbaycan Partiyasıdır!”

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir. O qeyd edib ki, Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində layiqincə təmsil olunaraq mühüm uğurlara imza atırlar.

Deputatlığa namizəd Səyyad Salahlı YAP-ın seçki platformasından ətraflı bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin əsasının qoyulmasıdır: “Bu gün gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənib. Təqdirəlayiqdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə döyüş meydanında tarix yazıb - Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında misilsiz rol oynayıb”.

Səyyad Salahlı gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbir iştirakçılarından Aqil İsmayılzadə, Orxan Əliyev və digərləri çıxış edərək Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olduğunu vurğulayıb və seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Həmin gün deputatlığa namizəd rayonun Muradxanlı kəndində də görüşlər keçirib.