YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni zəfərlər, yeni hədəflər...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun YAP Göygöl rayon təşkilatının qərargahında qadın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Azərbaycan qadınlarının hər zaman Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduğunu və Yeni Azərbaycan Partiyasının bu günədək keçirilən bütün seçkilərdə inamlı qələbə qazanmasına böyük töhfə verdiklərini bildirib. O, YAP-ın hər zaman olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq partiyanın möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır və  əldə olunan nailiyyətlərdə qadınların da özünəməxsus rolu var. Vurğulayıb ki, Azərbaycan Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz saysız-hesabsız uğurlara imza atıb.

Tədbirdə təşviqat qrupunun üzvü Hamlet Ömərov, görüş iştirakçısı Mələksə Murquzova və digərləri çıxış ediblər.

Qeyd edək ki, K.Bayramov həmçinin, Göygöl rayonunun Toğanalı, Yeni Zod, Bənövşəli və Göyçəkənd kəndlərində də seçicilərlə görüşüb.