Seçki-2024
Yüksək zirvələr fəth edir, tarixi Zəfərlər əldə edirik
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun seçicilərlə növbəti görüşü Goranboy rayonunun Dəyirmanlar və Azad kəndlərində keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Müşfiq Cəfərov Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi illər ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atdığını deyib. Həmçinin vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi Zəfərlər əldə edir.
Namizəd sosial, iqtisadi, siyasi və digər sahələrdə əldə olunan müsbət nəticələri diqqətə çatdıraraq qarşıda duran hədəflərdən də danışıb.
Təşviqat qrupunun üzvləri İlham Əliyev, Elvin Nəbiyev çıxışlarında xalqımızın bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək mühüm nailiyyətlər əldə edəcəyinə əminlik ifadə edib, seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.