YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP cəmiyyətin aparıcı qüvvəsidir!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Mingəçevir şəhərinin gənc seçiciləri ilə görüşü keçirilib.

Görüşü YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev giriş sözü ilə açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyərək YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Əli Hüseynli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqləndiyini qeyd edib. Əli Hüseynli Mingəçevir gənclərini parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə YAP fəalları Eldar Dərişov, Lamiyə İbrahimova, Nizami Zeynalov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP parlament seçkilərinə böyük nailiyyətlərlə gedir.

Gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.