YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Gücümüz birliyimizdədir!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun Şəmkir rayonunun Bayramlı və Sarıtəpə kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, müasir müstəqil Azərbaycanın hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda cənab İlham Əliyevin sədrliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var.

Deputatlığa namizəd Nurlan Həsənov qeyd edib ki, YAP-ın seçki platformasında müxtəlif sahələrin inkişafına dair hədəflər öz əksini tapıb. O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın qüdrətinin daha da artmasına hədəflənib: “Hazırda ölkəmizin inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edən işlər ardıcıl olaraq həyata keçirilir”.

Çıxış edən partiya fəalları Ayaz Orucov, Famil Həmidov, Elvira Allahverdiyeva və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Gücümüz birliyimizdədir!”, - deyə vurğulanıb.