YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şanlı Zəfərdən yeni qələbələrə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Sarıqamış, Seyidlər və Qədili kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatıldığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı YAP-ın seçki platforması haqqında məlumat verib. O vurğulayıb ki, YAP-ın yarandığı gündən Azərbaycanın dövlətçilik mənafelərini qətiyyətlə qoruyub, xalqın dəstəyi ilə mühüm uğurlar qazanıb. Ötən illərə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqramına uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət göstərib.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Zaman Quliyev, Knyaz Əliyev, Elxan Məmmədov, Türkan Babayeva, Aysel Qurbanova və digərləri çıxış ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan yeni reallıqlar fonunda inkişafın növbəti mərhələsinə qədəm qoyub. “Şanlı Zəfərdən yeni qələbələrə doğru inamla addımlayırıq”, - deyə vurğulanıb.

Seçicilər isə 1 sentyabr – növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.