YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Ölkəmizin uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır”

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, altıncı çağırış Milli Məclisin sədri Sahibə Qafarova təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini Şəmkir rayonunun Yuxarı Seyfəli və Mehirli kəndlərinin seçiciləri ilə keçirilib.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev seçkilərin ölkəmizin demokratik inkişafında rolunu qeyd edib. O, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu vurğulayaraq, qarşıdan gələn seçkilərdə də YAP-ın qələbə qazanacağına inamını ifadə edib.

Görüşdə Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi  Sahibə Qafarova çıxış edərək, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın nəinki ölkəmizin, eləcə də regionun ən güclü partiyası, siyasi palitramızın avanqard qüvvəsi olduğunu deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi möhtəşəm inkişaf yolu və əldə etdiyi  parlaq nailiyyətlər haqqında seçicilərə məlumat verən Yeni Azərbaycan Partiyasının namizədi  deyib ki, müasir, qüdrətli Azərbaycan Respublikası qarşısında duran əsas vəzifələri həll edərək, yeni inkişaf mərhələsinə qədəm qoyub. O, hazırda ölkəmizin öz gücü hesabına işğaldan azad olunan bütün ərazilərimizi bərpa etdiyini, xalqımızın bu məqsəd ətrafında da sıx birlik nümayiş etdirdiyini vurğulayıb. Sahibə Qafarovanın sözlərinə görə, ölkəmizin bütün uğurlarının təməlində möhkəm əsaslara malik xalq-iqtidar birliyi dayanır.

Sahibə Qafarova seçicilərə ötən dövrdə Milli Məclisin deputatı kimi diqqət ayırdığı məsələlər barədə də məlumat verib. O, Yuxarı Seyfəli və Mehirli seçicilərini sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, yenidən seçicilərin etimadını qazanaraq, Milli Məclisin deputatı seçiləcəyi təqdirdə yenə də ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını söyləyib.

Görüşdə çıxış edən seçicilər Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.