YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP daim milli maraqları üstün tutub

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində seçicilərlə görüşü keçirilib.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev  Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının zəngin inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını deyib.

Görüşdə çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov YAP-ın seçki platforması haqqında məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası müdrik dövlət xadimi Heydər Əliyevin əmanətidir. YAP daim xalqın mənafeyinə xidmət edərək şərəfli tarix yazıb: “Bu günə qədər tarixi nailiyyətlərə imza atmışıq. Yeni dövrün reallıqları və çağırışlarından irəli gələn hədəflərin gerçəkləşdirilməsi isə Azərbaycanın qüdrətini artıracaqdır”.

Tədbirdə təşviqat qrupunun üzvləri Aslan Aslanov, Elçin Hüseynbəyli və digərləri çıxış edərək deyiblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Ceyhun Məmmədov Nərimanov rayonu Arif Heydərov küçəsində məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə də görüşüb.