YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, parlament seçkilərində YAP-ın növbəti qələbə qazanmasının xalqımızın parlaq gələcəyi naminə çox əhəmiyyətli olduğunu bildirib.

Çıxış edən deputatlığa namizəd Heydər Əsədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub, xalqımıza çoxsaylı tarixi nailiyyətlər qazandırmaqla yeni, müasir və müstəqil Azərbaycan reallığını yaradıb: “Müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirib, Heydər Əliyevin arzuları reallığa çevrilib. Bu gün Azərbaycan tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir”.

Tədbirdə təşviqat qrupunun üzvləri Əbülfət İsmayılov, Vasif Əlizadə, Elçin Məlikov, Namidə Quluzadə və Adəm Hüseynov çıxış edərək hər bir seçicini parlament seçkilərində fəal iştirak etməyə, yeni dövrün hədəflərinə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Alma Cəfərova, Şahmar Abdullayev və İlham Salmanov YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. “Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir”, - deyə vurğulanıb.