YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!"

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun rayonun Aşağı Tala və Yuxarı Tala kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Azərbaycanın dünyada nüfuzlu, qüdrətli və qalib dövlət kimi tanındığını söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycana daha möhtəşəm nailiyyətlər qazandıracaq.

Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzun müddət işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını, xalqa vədini şərəflə yerinə yetirmişdir. Bu gün qalib ölkənin vətəndaşları kimi qürurla yaşayırıq”.

Tədbirdə təşviqat qrupunun üzvü Tahir Məmmədov, şəhid anası Züleyxa Davudova, Ömər Ömərov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir: “Şübhə yoxdur ki, sentyabrın 1-də  keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar. İnamımız sarsılmaz, mövqeyimiz dəyişməzdir!”, - deyə vurğulanıb.

Görüşdə çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.