YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov inkişaf yolunda inamla addımlayan Azərbaycanın davamlı nailiyyətləri və möhtəşəm zəfərlərindən bəhs edib: “İnkişafın Azərbaycan modeli bu gün dünyanın diqqətindədir. Yeni Azərbaycan Partiyası daim ölkəmizin inkişafına dəyərli töhfələr verir.  Yeni hədəflərin uğurla reallaşdırılması isə gələcək uğurların başlanğıcıdır”.

Deputatlığa namizəd Mixail Zabelin YAP-ın keçdiyi inkişaf yolundan  danışıb. O, partiyaya xalqın sevgisini və inamını şərtləndirən amillər sırasında Heydər Əliyev ideyalarına sədaqəti xüsusi vurğulayıb: “Ölkə Prezidenti İlham Əliyev bu ideyalara söykənərək Azərbaycanı zirvələrə yüksəldib. Suverenliyi tam bərpa edilən ölkəmizin həyatında yeni dövr başlayıb və uğurla davam edir”.

  Tədbirdə təşviqat qrupunun üzvləri Mürvət Əsgərov, Nizami Mehdizadə, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, namizədin nümayəndəsi Firdovsi Cahangirov, seçicilər Könül Yusifova və Qəmər Cəfərova çıxış edərək hər bir seçicini öz seçki hüququndan istifadə edərək parlament seçkilərində fəal olmağa, yeni dövrün hədəflərinə yüksək səviyyədə nail olmaq, qalib Azərbaycanın tarixini daha möhtəşəm uğurlarla zənginləşdirmək üçün Yeni Azərbaycan Partiyasına bird aha etimad göstərməyə çağırıblar.