YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrün yeni hədəflərinə doğru!

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 90 saylı Ağsu seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynovun partiyanın Ağsu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bütün seçkilərdə olduğu kimi bu seçkilərədə böyük qələbə əzmi ilə qatılan YAP-ın xalqın dəstəyinə güvəndiyini qeyd edib. Ona görə də, tam əminliklə demək olar ki, 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində də xalq YAP-nın namizədlərinə səs verəcək.

Görüşdə çıxış edən deputatlığa namizəd Əli Hüseynov qeyd edib ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi mirasıdır. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Vaqif Nəzərov, Allahverdi Qənbərov və Elnur Fərzəlizadə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə dəvət ediblər.