YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sabitliyə səs verəcəyik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elməddin Əliyevin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını məlumat verib.

Çıxış edən deputatlığa namizəd Elməddin Əliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasını qeyd edən namizəd budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu bildirib.  O, seçiciləri 1 sentyabrda fəal olmağa, seçki məntəqələrinə gələrək səsvermədə fəal iştirak etməyə dəvət edib.

Təşviqat qrupunun üzvləri Əjdər Niftiyev, Ağamməd Canıyev, Nadir Əliyev və digərləri də qazanılan tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.