YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Göyçay seçiciləri YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 91 saylı Göyçay  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərovun Göyçay  rayonunun Qarabaqqal kəndində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deputatlığa namizəd Fərid Əkbərov haqqında seçicilərə məlumat verib. Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıran S.Sükürov seçiciləri seçki günü fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Fərid Əkbərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. F.Əkbərov YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Zahidə Mirzəliyeva, Samirə Vəliyeva, Əlisafa Bəykişiyev və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər adından çıxış edən Qarabaqqal kənd sakinləri 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.