YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın partiyasına səsimizlə dəstək olaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nərminə Hacıyevanın Xətai rayonundakı M.Ə.Sabir adına kitabxananın akt zalında İ.Əbilov, N.Tusi, İ.İsmayılov və Sadıqcan ünvanlarında yaşayan seçicilərlə görüşü baş tutub.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov yeni dövrün yeni hədəflərindən bəhs edib. O, deputatlığa namizəd Nərminə Hacıyeva haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Nərminə Hacıyeva çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi olaraq yaradılan möhkəm təməl möhtəşəm zəfərlərə yol açıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının seçki platformasında ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar və yeni hədəflər öz əksini tapıb. Vurğulayıb ki, əsas hədəflərdən biri Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın tezliklə tam şəkildə öz doğma yurd-yuvlarına qayıdışıdır.

N.Hacıyeva yeni dövrün yeni hədəflərini yüksək səviyyədə yerinə yetirmək, Azərbaycana daha möhtəşəm uğurlar qazandırmaq üçün seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.  

Tədbirdə Yeni Azərbaycan Partiyasının Xətai rayonu üzrə seçki qərargahının üzvü Elnarə Zeynalova, təşviqat qrupunun üzvü Ruslan Qasımov, seçici Bahar Məmmədova çıxış edərək hər birimizin qürur mənbəyi olan qalib, bütövləşən Azərbaycanın qarşısında dayanan çağırışlardan bəhs ediblər.

Onlar seçiciləri səsvermə prosesində seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verməy