YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP seçkilərdə möhtəşəm qələbə qazanacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlimərdan Əliyevin YAP Lənkəran rayon təşkilatının qərargahında gənclər, idmançılar və tələbə seçicilərlə görüşü keçirilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını və partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını bildirib.

Sonra çıxış edən deputatlığa namizəd Əlimərdan Əliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.