YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclər siyasəti uğurlu modeldir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun gənc seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası çox güclü siyasi təşkilatdır, cəmiyyət həyatında böyük rol oynayır və bu proses gələcəkdə də davam edəcək. Vurğulayıb ki, qarşıdan gələn parlament seçkilərində YAP yeni uğurlara imza atacaq.

Çıxış edən deputatlığa namizəd Fərhad Baxışov əvvəlcə gənclərə seçkilərin ölkəmizin ictimai-siyasi həyatında oynadığı əhəmiyyətli roldan bəhs edib. Daha sonra Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verərək YAP-ın ötən dövrdə qazandığı uğurlar və gələcək hədəfləri barədə danışıb. Vurğulanıb ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqlənəcək.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü, şəhid atası Baloğlan Ağamalıyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində xalqımız Yeni Azərbaycan Partiyasının Sədrinə olan etimadını bir daha bütün dünyaya nümayiş etdirib.

Çıxış edənlər əminliyini ifadə edib ki, qədirbilən neftçalalılar Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.