YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın əsas seçimidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayon ziyalıları və ağsaqqalları ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Yeni Azərbaycan Partiyasının qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.

Çıxış edən 18 saylı deputatlığa namizəd Nizami Babaşov Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.

Öz növbəsində çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.