YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq YAP-ı daim dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədi Ramil Rüstəmovun seçicilərlə görüşü keçirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının namizədi haqqında məlumat verib. O, Azərbaycan xalqının bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun davamçısı olan Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz dəstəyini nümayiş etdirəcəyinə inamını ifadə edib.

Görüşdə çıxış edən deputatlığa namizəd Ramil Rüstəmov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin yüksəlişində, ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi və sosial-iqtisadi islahatların uğurla reallaşdırılmasında mühüm rol oynayıb.

Görüşdə, həmçinin YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvlərindən şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, Tofiq Rüstəmli, Samir Əhmədov, Mayıl Əliyev və digərləri çıxış ediblər. Bildiriblər ki, Azərbaycan daha da güclənəcək, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.