YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Səsimiz zəfərlər partiyasının namizədinədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 16 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Mirzəyevin YAP Yasamal rayon təşkilatının qərargahında gənclər, idmançılar və ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb. Bildirib ki, dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.

Çıxış edən deputatlığa namizəd Həbib Mirzəyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olduğu kimi, regionda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb.

Tədbirdə YAP Yasamal rayon seçki qərargahının üzvləri Azad Rzayev, Lalə Bayramova və Əlimusa İbrahimov çıxış edib. Çıxışlarda ölkəmizin əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının rolundan bəhs edilib.

Seçicilər də çıxışlarında 1 sentyabr seçkilərində zəfərlər partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.