YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP parlament seçkilərinə böyük inamla gedir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən avqustun 13-də Ucar rayonunun Müsüslü kənd Mədəniyyət Evinin qarşısında Müsüslü və Təzə Şilyan kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Azərbaycan mühüm bir siyasi hadisə ərəfəsindədir. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir.

Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən, əvvəlcə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu bizim üçün şərəf və qürurdur, bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir. Deputatlığa namizəd deyib ki, hər bir seçicinin mövqeyi YAP və dövlət üçün çox önəmlidir.

Ramil Həsən bütün seçiciləri demokratiyanın simvolu olan seçkilərdə aktiv iştirak etməyə və YAP-ın inkişaf platformasına səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev və Mirzalı Ağamalıyev çıxış ediblər. Onlar qeyd ediblər ki, parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz. Çıxışçılar seçkilərdə partiyamızın qələbə qazanacağına əmin olduqlarını vurğulayıblar.

Seçicilərdən Səlim Kərimov, Aqil Məmmədov, Yasəmən Cavadova və Hikmət Şərifov da parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini və seçkilərdə aktiv iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ramil Həsən, rayonun Müsüslü kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nəriman Qədirovun, Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun və Təzə Şilyan kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hüseyn Məmmədovun ailələrini ziyarət edib.