YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bərdəlilərin seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayonu Qaraqoyunlu və Ərəblər kəndində seçicilər ilə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya xalqın sevgisi və dəstəyi nəticəsində partiyamızın  ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəldiyini, Qələbələr partiyası imicini qazandığını bildirib. Qeyd olunub ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan sosial-iqtisadi uğurlar, tarixi Zəfərlər müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir.

Görüşlərdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb. O bildirib ki, partiyamızın gücü təkcə üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya inamındadır. YAP-ın növbəti dəfə qələbə qazanmaq əzmində olduğunu vurğulayan namizəd seçiciləri ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşlərdə, həmçinin YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü şəhid anası Mehparə Qəribova, Qaraqoyunlu kənd sakinləri Yaşar Cəfərov, Elmira Bəşirova, Yusif Məmmədov, Firdovsi Rüstəmov, Ərəblər kəndindən Dilarə Sadıqova, Nizami Verdiyev, Zakir Paşayev çıxış ediblər.  Seçicilər uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Fatma Yıldırım seçicilərlə fərdi görüşlər keçirib, şəhid Şamxal Həmidovun ailəsi ziyarət olunub.