Seçki-2024
Şəmkirdə seçicilərlə növbəti görüş…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənov Şəmkir rayonunun Zəyəm qəsəbəsində seçicilərlə görüş keçirib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını deyib.
Deputatlığa namizəd Nurlan Həsənov bildirib ki, Azərbaycan hazırda müasir dövlətçilik tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır: “Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il ərzində işğal alıtında olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldılıb. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır”.
Nurlan Həsənov seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Famil Həmidov, Elvira Allahverdiyeva xalqın qarşıdakı parlament seçkilərində YAP-a böyük etimad göstərəcəyinə əminliklərini bildiriblər.