Seçki-2024
Parlament seçkiləri növbəti qələbəmiz olacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəfail Tağızadənin rayonun Əngəxaran kənd mədəniyyət klubunda seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.
Deputatlığa namizəd Rəfail Tağızadə isə çıxışında qalib Azərbaycan dövlətinin davamlı olaraq gücləndiyini bildirib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib.
Tədbirdə digər çıxış edənlər parlament seçkilərinin əhəmiyyətindən danışıb, seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.