YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qaradağlı seçicilər qələbələr partiyasına səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Qaradağ rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə ciddi hazırlaşdığını bildirib. Partiyanın növbədənkənar parlament seçkilərində irəli sürdüyü seçki platforması haqqında danışan Q.Əliyev vurğulayıb ki, ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Səbinə Xasayeva  müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ölkəmizə misilsiz nailiyyətlər qazandırdığını konkret faktlarla xatırladıb.

S.Xasayeva bu dəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərini əhatə edəcəyinə diqqət çəkərək azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərindən bəhs edib.

Görüş iştirakçılarından Əvəz İsmayılov, Elçin Hüseynov, Qafqaz Əhmədov, Bəhram Rəcəbli, Cəmilə Xanmuradova, şəhid anaları Pakizə Abbasova, Rəqibə Seyidova və başqaları çıxış edərək əldə edilən uğurların davamı üçün seçiciləri qarşıdakı parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.