YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlament seçkiləri demokratik keçiriləcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərinin N.Nərimanov prospektində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Qeyd edib ki, bu baxımdan qarşıdan gələn parlament seçkiləri mühüm əhəmiyyət kəsb edir.

Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışan deputatlığa namizəd Aydın Mirzəzadə isə vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Rövşən Əhmədov, Mustafa Muradov, Rizvan Mikayıllı, Yaşar İsmayılov və seçicilər də çıxış ediblər. Onlar demokratik, azad şəkildə keçiriləcək seçkilərdə YAP-ı dəstəkləyəcəklərini bildiriblər.