Seçki-2024
Bütün hədəflərimiz reallığa çevriləcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Qaradağ rayonu, Qobu Park-2 yaşayış massivində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildirib, partiyanın seçki platforması haqqında ətraflı məlumat verib.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov isə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Ceyhun Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Tədbirdə, görüş iştirakçılarından Novruz Quliyev, Əsgər Əhməd, Telman Cəfərov və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs ediblər.
Öz növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Ceyhun Məmmədov Qaradağ rayonu Milli Qəhrəman Şikar Aslanov adına idman klubunda gənclər və idmançılarla da görüşüb.