Seçki-2024
“Yeni qələbələr bizi gözləyir”
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun Naxçıvan Muxtar Respublikası Filarmoniyasının iclas zalında seçicilərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ətraflı bəhs edib. O, deputatlığa namizəd Eldar İbrahimov uzun illər Milli Məclisdə səmərəli fəaliyyət göstərdiyini və qarşıdan gələn seçkilərdə də uğur qazanağına inandığını deyib.
Çıxış edən namizəd Eldar İbrahimov YAP-ın seçki platformasında gələcək uğurlarımız naminə yeni hədəflərin əks olunduğunu qeyd edib. O, çıxışında seçiciləri parlament seçkilərində aktiv iştirak etməyə səsləyib.
Tədbir iştirakçılarından Ramil Orucəliyev, Cəmilə Hüseynova və digərləri çıxış ediblər. Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Seçicilər də YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.