YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Balakənli gənclərin seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 13-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının qərargahında gənc seçicilərlə görüşü keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, haqq səsimizi dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran gənclər dövlət tərəfindən daim qayğı ilə əhatə olunur.

Tədbirdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. N.Məhəməliyev Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə danışıb, bu sahədə əldə olunan uğurlara diqqət çəkib. Bildirilib ki,  gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, millətə bağlı və dövlətçiliyə sadiqdirlər.

Nəsib Məhəməliyev gənc seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə həmçinin təşviqat qrupunun üzvləri Osman Əliyev, Mahama Purtuyev, Burhan Əhmədov və başqaları çıxış edərək yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən gənc seçicilər parlament seçkilərində fəal iştirak edəcəklərini deyiblər.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Nəsib Məhəməliyevin Balakən rayonunun Poşbinə kəndində də seçicilərlə görüşü keçirilib.