YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qalib xalqın qalib partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının Nəsimi rayonundakı Bakı Asiya Universitetinin akt zalında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, qarşıdakı dövr üçün prioritet məsələlər azad edilmiş torpaqlara keçmiş məcburi köçkünlərin qaytarılması, ölkədə sülh və sabitliyin möhkəmləndirilməsi, sosial rifahın yaxşılaşdırılmasıdır. O, buna görə də seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə deputatlığa namizəd Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında əhatəli məlumatlar verib. Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi cəhətdən olduqca inkişaf etdiyini vurğulayan M.İbrahimqızı bildirib ki, ən mühüm məqam Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Qeyd edib ki, hazırki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənir, yəni, ilk dəfədir ki, bütün ölkə ərazisində keçiriləcək.

Görüş iştirakçılarından Elçin Əhmədov, Tahir Fətullayev Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və suverenliyi naminə gördüyü işlərdən və Yeni Azərbaycan Partiyasının bu yolda uğurlu fəaliyyətindən bəhs edərək, seçiciləri səsverməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.