YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların təməlində xalqın inamı dayanır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz şəhərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, YAP yeni hədəflərdən irəli gələrək öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Qeyd edib ki, bu baxımdan YAP-ın qarşıdan gələn parlament seçkilərində qələbəsi labüddür.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, yeni reallıqlar fonunda düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür. O, gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

E.Qurbanov deputat seçildiyi təqdirdə, seçicilərin və Yeni Azərbaycan Partiyasının ona göstərdiyi inamı doğruldacağına söz verib. 

Həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Günel Abdullayeva, gənclərdən Seymur Dadaşzadə, Lena Məmmədova və digərləri çıxış ediblər. Onlar xalqın qarşıdakı parlament seçkilərində YAP-a böyük etimad göstərəcəyinə əminliklərini ifadə ediblər.

Çıxış edən gənc seçicilər Seymur Dadaşzadə və Lena Məmmədova 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Həmin gün YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşviqat qrupunun üzvləri Oğuz şəhəri, Axundov küçəsində seçicilərlə məhəlli görüş keçirib.