Seçki-2024
Yeni Azərbaycanla yeni qələbələrə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aidə Əhmədovanın təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, ölkəmizin siyasi sitemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatılır. O, bildirib ki, ölkəmizdə azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımız vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifələrin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olub.
Sonra deputatlığa namizəd Aidə Əhmədova YAP-ın seççki platformasından, özünün indiyə kimi olan fəaliyyətindən bəhs edib. A.Əhmədova Milli Məclisə deputat seçiləcəyi təqdirdə dövlətimizin dəstəyindən istifadə edərək, seçicilərin sosial və maddi həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcəyinə söz verib.
Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aidə Əhmədovaya səs verəcəklərini bildiriblər.
Seçicilər də öz növbəsində parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.