YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçkilər demokratik inkişafın mühüm göstəricisi olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Piriyevanın YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, 1 sentyabrda keçiriləcək parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir.

Deputatlığa namizəd Pərvanə Piriyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, deputat seçiləcəyi təqdirdə öz fəaliyyətimi davam etdirməklə seçicilərə daha yaxın olacam, rayonu layiqincə təmsil edəcəm.

Daha sonra, YAP Xəzər rayon təşkilatının gənc fəalı Əli Bədəlov Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə danışıb, bu sahədə əldə olunan uğurlara diqqət çəkib. Bildirib ki, Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirir.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.