Seçki-2024
Yeni dövrə sağlam addımlarla…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzovun Püsyan kənd mərkəzinin iclas zalında Püsyan və Təzəkənd kənd seçiciləri ilə görüşü keçirilib.
YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir. YAP-ın Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisi olduğu qeyd edilib.
Çıxış edən deputatlığa namizəd Siyavuş Novruzov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O bildirib ki, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Əldə olunan tarixi Qələbə ilə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu. Qarşıda dayanan hədəflərin reallaşması ilə əminliklə söyləmək olar ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaq.
Sonra Siyavuş Novruzov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə şəhid atası Rəhman Zamanlı, partiya fəalı Tacir Rəcəbov çıxış edərək parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırışlar ediblər.
Sonda Siyavuş Novruzov seçiciləri fərdi olaraq dinləyib, onların suallarını cavablandırıb.
Qeyd edək ki, görüşdən sonra Siyavuş Novruzov Püysan kəndindən olan şəhid leytenant Zamanlı Məmməd Rəhman oğlunun ailəsini ziyarət edib.