YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qarşıdan gələn parlament seçkilərinə uğurlarla gedir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun Yeni Suvagil kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra yeni reallıqlar yaranıb, yeni dövr başlayıb. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub.

Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O qeyd edib ki, cəmiyyətimizin, eləcə də dünyanın çağdaş lider imici ilə qəbul edərək rəğbət bəslədiyi cənab İlham Əliyev xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti, dünya görüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Soltanəli Soltanov, Tahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də  keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.

Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.