Seçki-2024
Parlaq gələcək naminə YAP-ın namizədinə səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Ələt qəsəbəsində seçicilərlə görüşüb.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızı qələbədən-qələbəyə aparan Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlardan bəhs edib, Azərbaycanın bütün dünyada demokratik seçki ənənələrinə malik ölkə kimi tanındığını vurğulayıb.
Seçicilərlə görüşdə çıxış edən deputatlığa namizəd Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən deputatlığa namizəd ölkəmizin qarşısında böyük perspektivlər açıldığını bildirib.
Seçiciləri qarşıdan gələn parlament seçkilərində xüsusi fəallıq göstərməyə çağıran A.Hüseynov növbəti dəfə seçiləcəyi təqdirdə qaradağlıların etimadını doğrultmaq üçün əzmlə çalışacağını bildirib.
Tədbirdə YAP Qaradağ rayon seçki qərargahının üzvləri Allahyar Ağayev, Zöhrab Babayev, Nizami Mehdiyev, görüş iştirakçılarından Qurbanqulu Rəhimov, Məmmədfariq Muradov və digərləri çıxış edərək Aydın Hüseynovu uzun müddətdir tanıdıqlarını, bu dəfə də xalqımızın inkişafında mühüm rol oynamış YAP-ın namizədi olaraq seçkilərdə qalib gələcəyinə inandıqlarını bildiriblər.