YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan yeni dövrə qədəm qoyub

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovun seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Cəlilabad  rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərinə qatıldığını vurğulayıb və partiyanın seçki platforması haqqında məlumat verib. O bildirib ki, hər bir seçici vətəndaşlıq mövqeyindən çıxış edərək seçkilərdə fəal iştirak etməli və layiqli namizədə səs verməlidir.

Çıxış edən deputatlığa namizəd Malik Həsənov qeyd edib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır: “Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Hazırda başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”.

Malik Həsənov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin seçicilər Əlisafa Qafarov, Gülmalı Bəylər, Oruc Hüseynov, Fəxrəddin Əliyev, Maarif Ağayev, Arifə Ağayeva, Nəbi Rəhimov, Günəş Ağayeva və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.